Razi Nurullayev parlamentin iki komitəsinin üzvü oldu

razi-nurullayev-parlamentin-iki-komitesinin-uzvu-oldu
Oxunma sayı: 5345

VI çağırış Milli Məclisin deputatı Razi Nurullayev parlamentin iki komitəsinə üzv seçilib.

Bu barədə "Qafqazinfo"ya deputat özü məlumat verib. O qeyd edib ki, bu gün tibbi müayinədən keçmək üçün parlamentə dəvət edilib:

"Tibbi müayinədən keçdim. Eyni zamanda, parlamentin   Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə və İnsan Hüquqları komitəsinə üzv yazıldım".

Günel Türksoy