Reabilitasiya mərkəzinə yerləşdirilən şəxs öldü

reabilitasiya-merkezine-yerlesdirilen-sexs-oldu
Oxunma sayı: 1140

Bakıdakı reabilitasiya mərkəzlərindən birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 02 radələrində Şüvəlandakı “Birlik” reabilitasiya mərkəzində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü paytaxt sakini A. Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.