“Real Madrid” də uduzdu - Yenilənib

real-madrid-de-uduzdu
Oxunma sayı: 1444

UEFA Çempionlar Liqasının əsas mərhələsində altıncı turun son oyunları baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, altıncı tura doqquz qarşılaşma ilə yekun vurulur.

Belə ki, “Vilyarreal” klubu “Kopenhagen”lə, “Atletik Bilbao” PSJ ilə, “Bayer Leverkuzen” “Nyukasl Yunayted” klubu ilə, “Benfika” “Napoli” ilə, “Brügge” klubu “Arsenal”la, “Borussiya Dortmund” “Budyo Qlimt”lə, “Yuventus” “Pafos” klubu ilə, “Real Madrid” isə “Mançester Siti” ilə üz-üzə gələcək.

10 dekabr

UEFA Çempionlar Liqası

VI tur

Saat 21:45, “Qarabağ” - “Ayaks”;

Saat 21:45, “Vilyarreal” - “Kopenhagen”.

11 dekabr

Saat 00:00, “Atletik Bilbao” - PSJ;

Saat 00:00, “Bayer Leverkuzen” - “Nyukasl Yunayted”;

Saat 00:00, “Benfika” - “Napoli”;

Saat 00:00, “Brügge” - “Arsenal”;

Saat 00:00, “Borussiya Dortmund” - “Budyo Qlimt”;

Saat 00:00, “Yuventus” - “Pafos”;

Saat 00:00, “Real Madrid” - “Mançester Siti”.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura bu gün yekun vurulub. İkinci oyun günündə daha 9 qarşılaşma keçirilib.

Günün maraqla gözlənilən matçı İspaniyada baş tutub. “Real” doğma azarkeşləri önündə İngiltərənin “Mançester Siti” klubu ilə üz-üzə gəlib. 

“Kral” klubu hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. “Şəhərlilər” ardıcıl iki dəfə fərqlənərək, meydandan qalib ayrılıblar - 1:2

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

“Qarabağ” (Azərbaycan) - “Ayaks” (Niderland) - 2:4

“Vilyarreal” (İspaniya) - “Kopenhagen” (Danimarka) - 2:3

“Atletik” (İspaniya) - PSJ (Fransa) - 0:0

“Bayer 04” (Almaniya) - “Nyukasl” (İngiltərə) - 2:2

“Benfika” (Portuqaliya) - “Napoli” (İtaliya) - 2:0

“Brügge” (Belçika) - “Arsenal” (İngiltərə) - 0:3

“Borussiya” (Dortmund, Almaniya) - “Budyo Qlimt” (Norveç) - 2:2

“Yuventus” (İtaliya) - “Pafos” (Kipr) – 2:0

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 1:2.