“Real”dan heç kim “Qızıl top” mərasiminə getməyəcək

realdan-hec-kim-qizil-top-merasimine-getmeyecek
Oxunma sayı: 3521

Madrid “Real”ının heç bir üzvü “Qızıl top” mərasiminə qatılmayacaq.

Bu barədə “Qafqazinfo” ESPN-ə istinadən xəbər verir.

Məlumata görə, Vinisius Junior və onun komanda yoldaşları Parisə getməyəcək. Mənbə ESPN-ə bildirib ki, onlar “Mançester Siti” yarımmüdafiəçisi Rodrinin mükafatı alacağına inanırlar.

Qeyd edək ki, Vinisius Junior “Qızıl top” uğrunda əsas namizəd idi.