“Referans”ın Tovuzda yeni filialı açıldı - Foto

referansin-tovuzda-yeni-filiali-acildi
Oxunma sayı: 1648

Ölkəmizin səhiyyə sahəsində özünəməxsus yeri olan “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” fəaliyyətini genişləndirməkdədir.

“Qafqazinfo” xəbər verir ki, səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən “Referans”ın növbəti filialı Tovuzda açılıb.

“Referans”ın bütün açılan filialları beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərməklə ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilməkdədir.

Hazırda “Referans Tovuz Tibb Mərkəzi” də ənənəyə sadiq qalaraq ən müasir avadanlıqlarla təchiz edilərək pasiyentlərin rahatlığı üçün beynəlxalq standartlara cavab verən tibbi protokollara uyğun qurulub.

“Referans Tovuz Tibb Mərkəzi” 7000-dən çox laborator və ⁠check up müayinələri, peşəkar həkim qəbulları, Bakıdan dəvətli həkimlər, instrumental-diaqnostik müayinələri (USM, EXO-KQ, EKQ) ilə Tovuz və ətraf ərazidə yaşayan əhalinin xidmətindədir.

Qeyd edək ki, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinika mərkəzlərindən biri olan “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” ​2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

Ünvan: Tovuz ray., M.H.Şəhriyar küçəsi (Tovuz Rayon İcra Hakimiyyətinin yanı)

Əlaqə nömrəsi: +994 703590033

Çağrı Mərkəzi: *0033