Rəhman Orxan vəfat etdi

rehman-orxan-vefat-etdi
Oxunma sayı: 9085

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Jurnalist bu gün uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən jurnalist bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.