Rəis Mehmanı məhkəməyə verdi - Həbsini istəyir+Yenilənib

reis-mehmani-mehkemeye-verdi-
Oxunma sayı: 11499

Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: “Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır”.

Vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib.

Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək.

***

Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu verib və Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunub cəzalandırılmasını xahiş edir.

Murad Əhməd