Rejissor Məhərrəm Bədirzadə vəfat etdi

rejissor-meherrem-bedirzade-vefat-etdi
Oxunma sayı: 4706

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə dünyasını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, rejissor 76 yaşında vəfat edib.

Qeyd edək ki, M. Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya gəlib. O, 1969-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilib.

Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosenti olub.