Xəbər verdiyimiz kimi, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçını keçirir.
“Qafqazinfo”nun məlumatına görə, millimiz hazırda doğma meydanda Fransa yığmasını qəbul edir.
Matçın ən gözlənilməz anı isə 4-cü dəqiqədə millimizin üzvü Renat Dadaşovun vurduğu qol olub.
Məşhur insayder Fabritsio Romano belə matçın həmin dəqiqəsi ilə bağlı paylaşım edərək təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, hazırda komandalar fasiləyə yollanıblar. Millimiz 1:3 hesabı ilə uduzur.
***
Oyun yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatdı.

Son xəbərlər
Son Xəbərlər