Rəşad Nəbiyev Salyanda şəhid ailəsini ziyarət edib

resad-nebiyev-salyanda-sehid-ailesini-ziyaret-edib
Oxunma sayı: 1754

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Salyanda şəhid ailəsi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, nazir, vətəndaşların qəbulu ilə əlaqədar Salyan rayonuna səfəri çərçivəsində şəhid mayor Vidadi Əhmədovun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.