Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı - Bəyanat

resmi-bakidan-rusiyada-azerbaycanlilara-hucumlarla-bagli
Oxunma sayı: 5313

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.