"Qafqazinfo" xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin "ƏSƏRLƏRİ V cild" kitabı Cümhuriyyət günü münasibətilə nəşr olunub.
Kitabı araşdırıb toplayan, ərəb əlifbasından latın əlifbasına çevirən, ön sözün müəllifi, lüğətin tərtibçisi Professor Şirməmməd Hüseynovdur.
Kitab "Qanun" Nəşriyyatı hesabına nəşr olunub
Neçə min illik dövlətçilik tarixi və ənənəsi olan Azərbaycanda ilk dəfə “Azərbaycan” adlı müstəqil, demokratik Xalq Cumhuriyyəti dövlətinin banisi, istiqlal hərtəkatının bayraqdarı, “Müsavat” partiyasının lideri və ideoloqu M.Ə.Rəsulzadənin əsərlərinin V cildinə onun 1918-ci il fevral-1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə dərc edilmiş 100-dən artıq əsəri daxil edilmişdir.
Tariximizin bu mötəbər dövrünün həm böyük yaradıcı memarı və həm də istedadlı tarixçisi olan M.Ə.Rəsulzadənin zəngin irsinin tədqiqi, öyrənilməsi və təbliğində bu əsərlər ən qiymətli mənbələrdən sayıla bilər.
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi: Samir Xalidoğlu (Mirzəyev)
Bakı, Qanun Nəşriyyatı 2014, 564 səh.
Son xəbərlər
Son Xəbərlər