Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsraildə Azərbaycanla bu ölkə arasında imzalanan süni intellekt üzrə Anlaşma Memorandumu ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, nazir Rəşad Nəbiyev İsrailə səfəri çərçivəsində Baş nazirin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə sözügedən memorandumu imzalayıb.
Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Daha sonra sənədin gələcək icra mexanizmləri müzakirə olunub.
Görüşdə, həmçinin kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Son Xəbərlər