“Roma”nın sabiq baş məşqçisi AFFA-dan təklif alıb

romanin-sabiq-bas-mesqcisi-affa-dan-teklif-alib
Oxunma sayı: 1252

“Roma”nın sabiq baş məşqçisi Eusebio Di Françesko Azərbaycan yığmasından təklif alıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Fotospor” nəşri yayıb. 

Bildirilir ki, “Fənərbaxça”nın da təklif göndərdiyi italiyalı çalışdırıcını AFFA milli komandanın başında görmək istəyir. 

Lakin Di Françesko hələ qərarını verməyib. 

Qeyd edək ki, Di Françesko 2017-19-cu illərdə “Roma”nın baş məşqçisi olub. Paytaxt klubundan ayrıldıqdan sonra ötən il “Sampdoria”nın başına keçən 50 yaşlı çalışdırıcı uğursuz gedişatın ardından istefaya yollanıb.