Ronaldinyo bir anlıq keçmişə apardı - Video

ronaldinyo-bir-anliq-kecmise-apardi
Oxunma sayı: 4353

“Barselona” və “Real Madrid”in əfsanələri arasında “El Klasiko” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Qətərdə baş tutub.

“Barselona”nın heyətində argentinalı Xuan Pablo Sorin hesabı açıb. Matçın 16-cı dəqiqəsində braziliyalı ulduz Ronaldinyo cərimə zərbəsindən möhtəşəm qola imza atıb.

Madridlilərin qollarını isə portuqaliyalı Luiş Fiqu və kolumbiyalı Edvin Konqo vurublar. Əsas vaxt 2:2 hesabı ilə bitib.

80 dəqiqə davam edən oyunda penaltilər seriyasında kataloniyalılar rəqibləri üzərində üstünlük əldə ediblər.

Beləliklə oyun 4:2 “Barselona”nın qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar gələn ay Tokioda yenidən qarşılaşacaqlar. Xavi və İnyestanın da həmin matç üçün “Barselona”nın heyətində yer alması gözlənilir.