Ronaldo və “Beşiktaş” eyni layihədə! - 40 milyon sərmayə...

ronaldo-ve-besiktas-eyni-layihede
Oxunma sayı: 3296

Portuqaliyalı ulduz Kriştiano Ronaldo “Beşiktaş”ın da olduğu layihədə iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Əl-Nəsr”in oyunçusu video oyunlarının hazırlanması üçün UFL şirkətinə 40 milyon avro sərmayə qoyacaq. Söhbət "Beşiktaş" ilə yanaşı, “Seltik”, "Monako", “Borussiya Dortmund”, “Şaxtyor” və “Sportinq” kimi klublarla müqavilə bağlayan şirkətdən gedir.