Roza Zərgərli Stas Mixaylovla duet oxudu - Video

roza-zergerli-stas-mixaylovla-duet-oxudu
Oxunma sayı: 961

Müğənni Roza Zərgərli Rusiyanın Xalq artisti Stas Mixaylovla duet oxuyub. Bu barədə hər iki sənətçi sosial şəbəkə hesablarında paylaşım ediblər. 

Fevralın 13-də yayımlanacaq duet və kliplə bağlı təəssüratlarını “Qafqazinfo” ilə bölüşən Roza Zərgərli bildirib ki, əslində Stas Mixaylovla duet oxumaq fikri olmayıb.

Müğənni Rusiya şou-biznesindən duetlə bağlı çox təkliflər gəldiyini deyib.

“Biz də bir az uzadırdıq, çünki başqa layihələrimiz var idi. O layihələrimizin üzərində çalışırdıq, konsert turlarımız da var idi. Bütün bunlara görə başqa yaradıcı işlərlə məşğul olmağa zamanımız yox idi. Amma oturub öz dostlarımız və əməkdaşlarımızla düşünəndə bir neçə sənətçinin adını dedilər, eyni zamanda Stas Mixaylovla da duetimizin maraqlı alınacağını bildirdilər. Mən isə dedim ki, onda janr tamamilə başqadır. Bu sadəcə fərziyyə idi ki, onunla duetimiz olacaq. Mən demişdim ki, bir tərəfə yazın, bu duet olacaq. Amma heç bir danışıq olmamışdı. Ötən il may ayının əvvəlində mən istirahətdə olarkən Stas Mixaylovun köməkçisindən mənim əməkdaşıma mesaj gəlib ki, bizim Xalq artisti sizin ifaçı ilə duet oxumaq istəyir və siz buna necə baxırsız?”

R.Zərgərli bunun özü üçün böyük uğur olduğunu deyib:

“Biz görüşdük, danışdıq, 8 mahnı göstərdi mənə və bunu seçdim. Bu hələ başlanğıcdır. Çox rahat alındı, çünki o mükəmməl tərəf müqabilidir. Çox əmək xərclədik. Mükəmməl iş ərsəyə gəldi. Bu fikri onun ağlına salan isə həyat yoldaşı İnna xanım olub. Onlar övladlarının təhsilinə görə Dubayda yaşayırlar. İnna xanım orada mənim ifamı eşidib və həyat yoldaşına deyib ki, çox istərəm ki, Roza xanımla duet oxuyasan. Mən burada Stasla duet oxumağı arzulamışam, orada da onlar arzulayıblar”.

Lamiyə Məmmədova