Rüfət Axundov nə xəbərdarlığa məhəl qoydu, nə də sürət həddinə - Video

rufet-axundov-ne-xeberdarliga-mehel-qoydu-ne-de-suret-heddine
Oxunma sayı: 13039

Müğənni Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı Bakıda aeroport yolunda sürət həddini aşıb.

Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127  km/saatla sürüb.

Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb.

Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.