Rus Borisi kəndində yenidənqurma işlərinə start verildi - Video

rus-borisi-kendinde-yenidenqurma-islerine-start-verildi
Oxunma sayı: 3661

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ilk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- material göndərilib.

Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.