Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın daha dörd istehsalçısından pomidor idxalına icazə verib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar 17 dekabrdan etibarən qüvvədə olacaq.
““Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə əvvəllər Aİİ-yə üzv olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmadığı ərazilərdə yerləşən müəssisələrdən pomidor idxalına icazə verilməsini mümkün sayır”,- deyə qurumun açıqlamasında qeyd olunub.
İcazələr aşağıdakı müəssisələrə verilib: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul Greenhouse” MMC (Hacıqabul rayonu).
Son xəbərlər
Son Xəbərlər