Rusiya BMT TŞ-nin iclasını çağırdı

rusiya-bmt-ts-nin-iclasini-cagirdi
Oxunma sayı: 1600

Rusiya Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın BMT yanında daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskiy açıqlayıb.

Onun sözlərinə görə, iclas mayın 30-na təyin ediləcək.

“Rusiya sözügedən iclasda Avropa ölkələrindən sülhə yaranan təhlükə mövzusunu qaldırmaq niyyətindədir”, - deyə məlumatda qeyd olunub.