Rusiya bu ölkədəki konsulluq xidmətlərini dayandırdı

rusiya-bu-olkedeki-konsulluq-xidmetlerini-dayandirdi
Oxunma sayı: 3554

Rusiyanın Podqoritsadakı səfirliyi 6 diplomatın persona non-qrata elan edilməsindən sonra Monteneqrodakı konsulluq xidmətlərini dayandırdığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfirlikdən verilən açıqlamada konsulluq xidmətlərinin qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.

“30 sentyabr 2022-ci il tarixindən etibarən konsulluq xidmətlərimizi dayandırırıq. Konsulluq əməliyyatlarınız üçün qonşu ölkələrin səfirliklərinə müraciət edə bilərsiniz”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, bir neçə saat əvvəl Monteneqronun Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətləri pozduqları üçün 6 rusiyalı diplomatı persona non-qrata elan etdiyini açıqlayıb.