Rusiya daha bir ölkə ilə sərhəddə səfərbərlik məntəqəsi açır

Rusiya daha bir ölkə ilə sərhəddə səfərbərlik məntəqəsi açır
Oxunma sayı: 5123

Rusiya Qazaxıstanla da sərhəddə müvəqqəti səfərbərlik məntəqəsi açır.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sözügedən məntəqə yaxın günlərdə Həştərxan vilayətinin ərazisində yerləşən “Karauzek” nəzarət-buraxılış məntəqəsində açılacaq. 

Bildirilir ki, buna səbəb uzun tıxaclarda çağırış yaşında olan kişi vətəndaşların gözləməsi faktı göstərilib. 

Xatırladaq ki, sentyabrın 27-si Rusiya-Gürcüstan sərhədində hərbi çağırış üzrə əməliyyat qrupu fəaliyyətə başlayıb. Sözügedən qrup ölkəni tərk etmək istəyən şəxslərin çağırışa uyğun gəlib-gəlmədiyini yoxlayır və uyğun gələrsə, çağırış vərəqələri təqdim edir.