Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi işə başladı

rusiya-gurcustan-serhedinde-seferberlik-menteqesi-ise-basladi
Oxunma sayı: 3861

“Rusiya-Gürcüstan sərhədində hərbi çağırış üzrə əməliyyat qrupu fəaliyyətə başlayıb”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiya hökumətinin Mətbuat xidməti yayıb.

Məlumata görə, sözügedən qrup ölkəni tərk etmək istəyən şəxslərin çağırışa uyğun gəlib-gəlmədiyini yoxlayır və uyğun gələrsə, çağırış vərəqələri təqdim edir.  

Xatırladaq ki, Şimali Osetiyada 5500 avtomobilin Rusiya-Gürcüstan sərhədini keçmək üçün növbə gözlədiyi məlum olub.

Qeyd edək ki, bu gün Rusiya mediasında Gürcüstanla sərhəddə səfərbərlik məntəqəsinin fəaliyyətə başlayacağı barədə məlumat yayılıb.