“Rusiya ilə əlaqəli pilotsuz uçuş aparatları Almaniyanın şərqində ABŞ və qərb tərəfdaşlar tərəfindən Ukraynaya silah göndərilməsi üçün istifadə olunan marşrutları izləyir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “The New York Times” və “WirtschaftsWoche” jurnalistlərinin birgə araşdırmasında yer alıb.
Qərbin xüsusi xidmət orqanları hesab edirlər ki, Rusiya bu məlumatları gələcəkdə diversiya üçün istifadə edə bilər.
“WirtschaftsWoche” yazır ki, Almaniya öz hərbi bazalarını dron əleyhinə sistemlərlə təchiz etməyə davam edir. Bildirilib ki, onlardan bir hissəsi artıq Rusiyaya məxsus PUA-ları vura bilib. Alman kəşfiyyatının məlumatına görə, dronlar İranda hazırlanıb və Almaniya ərazisinə Baltik dənizində gəmilərdən buraxılıb.
Bununla belə, Kremlin rəsmi sözçüsü Dmitri Peskov jurnalistlərin araşdırmasına münasibət bildirərək “Feyk kimi görünür” şərhini verib.
Son xəbərlər
Son Xəbərlər
