Rusiya NATO-dakı fəaliyyətini dayandırır

rusiya-nato-daki-fealiyyetini-dayandirir
Oxunma sayı: 1969

Rusiya noyabrın 1-dən etibarən NATO nümayəndəliyindəki fəaliyyətlərini dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, qərar oktyabrın 6-da NATO-nun Rusiya missiyasından səkkiz nəfərin akkreditasiyasına cavab olaraq qəbul edilib:

“Buna görə NATO-nun hərəkətlərinə qarşı alyansdakı hərbi nümayəndə də daxil olmaqla, daimi missiyamızın fəaliyyətini təxirə salırıq”.