Rusiya onlara qarşı sanksiya tətbiq etdi

rusiya-onlara-qarsi-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 2655

Rusiya Böyük Britaniyanın anti-Rusiya siyasətləri səbəbindən hərbi-siyasi, media və elmi ictimaiyyəti təmsil edən 23 vətəndaşına sanksiya qərarının verildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Londonun şəxsi sanksiya mexanizmindən istifadə edərək və Kiyev rəhbərliyinə hərtərəfli dəstək verərək anti-Rusiya siyasəti həyata keçirdiyi bildirilib.

Bu vəziyyətlə əlaqədar onların Rusiyaya girişinə qadağa qoyulub.

Açıqlamada bildirilib ki, Rusiyaya girişi qadağan edilənlər arasında Ukrayna Silahlı Qüvvələri üzvlərinin təliminə nəzarət edən Böyük Britaniya Baş Qərargah rəisi admiral Toni Radakin, Londonun Ukrayna siyasətini istiqamətləndirən simalardan biri olan Britaniya Birgə Kəşfiyyat Komitəsinin sədri Madlen Alessandrinin də adları var.