Rusiya onu xarici agent elan etdi

rusiya-onu-xarici-agent-elan-etdi
Oxunma sayı: 2670

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi iş adamı Oleq Tinkovu xarici agentlərin reyestrinə daxil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, sahibkar məhdud sayda insan üçün xarici agentlərdən mesajların və materialların yaradılmasında iştirak edib, Rusiyanın dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb.

Bundan əlavə, o, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata qarşı çıxıb.