Rusiya ordusu bu ay 28 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

rusiya-ordusu-bu-ay-28-yasayis-menteqesine-nezareti-ele-kecirib
Oxunma sayı: 1761

Rusiya Silahlı Qüvvələri mayda 28 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” “İzvestiya” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Andrey Belousov Almatıda KTMT Müdafiə Nazirləri Şurasının iclasında açıqlayıb.

Onun sözlərinə görə, ümumilikdə cari il ərzində Rusiya ordusu 880 kvadrat kilometr əraziyə nəzarəti təmin edib. 

Belousov, həmçinin qeyd edib ki, Rusiyanın qoşun qruplaşmaları Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarır: “Rusiya ordusunun fəal əməliyyatları nəticəsində qarşı tərəf 8-9 kilometr geri çəkilməyə məcbur olub”.