Xəbər verdiyimiz kimi, İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, danışıqların bu həftə ərzində - 23 və ya 24 iyul tarixlərində baş tutması gözlənilir.
Görüşün yeri, vaxtı və nümayəndə heyətinin sayı ilə bağlı dəqiq məlumatlar hələlik açıqlanmayıb.
Həmçinin qeyd olunub ki, İstanbul iyulun 25-i İran və Avropa ölkələri arasında nüvə müzakirələrinə də ev sahibliyi edəcək.
Son xəbərlər
Son Xəbərlər