Rusiya və Türkiyənin XİN rəhbərləri görüşdü - Foto - Yenilənib

rusiya-ve-turkiyenin-xin-rehberleri-gorusdu
Oxunma sayı: 1096

Ankarada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına görə, tərəflər beynəlxalq, regional və ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparacaqlar.

***

Nazirlərin keçirdiyi mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri qeyd edib ki, Avropa ölkələrinin mövqeyini başa düşmək çətindir.

Lavrov bildirib ki, ABŞ-nin Avropadan fərqli olaraq Ukraynadakı nizamlanma ilə bağlı mövqeyi tutarlıdır:

“Avropa ölkələrinin mövqeyini də başa düşmək çətindir. Çünki bu, kifayət qədər qeyri-sabitdir və kimin hansı ideyalara malik olmasından asılı olaraq dəyişir. Bunun fonunda ABŞ-nin mövqeyi önə çıxır. Bu, ardıcıl şəkildə ifadə olunub”.

“Biz həm Ukrayna, həm də Avropa ilə xoş niyyətlə sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq. Amma biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiya Federasiyasını qane edən qəti və davamlı nəticə versin. Rusiya Prezidenti Vladimir Putin bunu açıq şəkildə bəyan edib. Əlbəttə, yerlərdəki reallıqlar nəzərə alınmalıdır”, - Lavrov əlavə edib.