Rusiyada azərbaycanlı 17 il əvvəl törədilən qətllə bağlı saxlanılıb

rusiyada-azerbaycanli-17-il-evvel-toredilen-qetlle-bagli-saxlanilib
Oxunma sayı: 2230

Rusiyanın Ryazan şəhərində azərbaycanlı bir şəxs 17 il əvvəl törədilən cinayətdə şübhəli bilinərək saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya polisində olan mənbəyə istinadən “47channel” yayıb.

Məlumata görə, 2006-cı il yanvarın 2-si Vıborqda yanacaqdolurma məntəqəsində “VAZ-21072” avtomobili aşkar edilib. Avtomobilin içərisində ürək nayihəsindən yara almış 31 yaşlı kişinin cəsədi tapılıb. 

Dekabrın 26-sı isə Ryazanda polis əməkdaşları qətli törətməkdə şübhəli bilinən azərbaycanlını saxlayıb. Onun 2021-ci ildə Rusiya vətəndaşlığı aldığı bildirilir. O, Sankt-Peterburqa göndərilib. Hazırda istintaq davam edir.