“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”

rusiyada-dayimgilin-evine-daxil-olub-hamini-doyubler-menzili-dagidiblar
Oxunma sayı: 3591

Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının qüvvələri azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın edib.

Bu barədə “Qafqazinfo”ya aktrisa Ruhiyyə Yusifova məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub: “Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar”.

Xəbəri rus dilində oxuyun: Погром и задержания: в Ростове атакованы азербайджанские семьи

R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılıb. Lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.

Məsələ ilə bağlı Azərbaycan XİN-ə sorğu ünvanlamışıq.

Aslan Vəliyev