Rusiyada general güllələndi

rusiyada-general-gullelendi
Oxunma sayı: 1644

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev güllələnib. 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs Alekseyevin kürəyinə bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb. 

Qeyd edək ki, V.Alekseyev Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavinidir.