Rusiyada hərbi təyyarə qəzaya düşdü - Video

rusiyada-herbi-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1457

Rusiyada “Tu-22MZ” tipli hərbi təyyarə qəzaya düşüb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Stravropol vilayətinin Krasnoqvardeyski rayonunda qeydə alınıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edilir ki, üç pilot katapult edə bilib.Onlardan ikisi xəstəxanaya yerləşdirib, digərinin axtarışı aparılır.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

***

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb və sursatsız uçurmuş.