Rusiyada İES-də partlayış, ölən var - Video - Yenilənib

rusiyada-ies-de-partlayis-olen-var
Oxunma sayı: 2511

Rusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış baş verib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yanğın və güclü tüstülənmə İES-in qazanxana binasında qeydə alınıb. 

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Onlardan altısının vəziyyəti ağırdır.

***

İES-də partlayış zamanı yaralananların sayı 23-ə çatıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.