Rusiyada “Kraken”ə ilk yoluxma qeydə alındı

rusiyada-krakene-ilk-yoluxma-qeyde-alindi
Oxunma sayı: 2490

Rusiyada koronavirusun “Omicron” ştamının alt variantı “XBB.1.5” və yaxud “kraken” ştamına ilk yoluxma qeydə alınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb. 

Sözügedən ştama yoluxma Penza vilayətində qeydə alınıb. 

Qeyd edək ki, “Kraken” variantı özünü əzələ ağrısı, şiddətli öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq, burun axması kimi simptomlarla büruzə verir. Bu variant artıq 74 ölkədə qeydə alınıb.