Rusiyada mədəndə yanğın, 6 ölü - Yenilənib

rusiyada-medende-yangin-6-olu
Oxunma sayı: 979

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, mədəndə baş verən tüstülənmə nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralı şəxslər xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə mədəndə 287 nəfər olub. Onlardan 104-nün yeri hələ ki, məlum deyil.

***

Mədəndə tüstülənmə nəticəsində 6 nəfər həlak olub. Ən son məlumata görə, daha 45 nəfər isə yaralanıb. 

Mədəndə qalan işçilər tüstü səbəbindən özləri mədəni tərk edə bilmirlər.