Rusiyada şagird sinif yoldaşını öldürüb intihar etdi - Daha 5 yaralı var - Yenilənib

rusiyada-sagird-sinif-yoldasini-oldurub-intihar-etdi
Oxunma sayı: 3787

Rusiyanın Bryansk şəhərində məktəbdə silahlı insident baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, şəhərdə 5 saylı gimnaziyada 8-ci sinif şagirdi olan qız odlu silahdan bir neçə dəfə atəş açıb. 

Hadisə zamanı 2 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb. 

Hazırda məktəbin ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. 

***

İnsidenti törədən məktəblinin kimliyi məlum olub.

“Baza” teleqram kanalının məlumatına görə, hadisəni 14 yaşlı Alina A. törədib. O, sinif yoldaşı Mariya adlı sinif yoldaşını qətlə yetirib, daha 4 oğlan şagirdi isə yaralayıb. Alina hadisədən sonra özünə qəsd edib. 

***

Yaralıların sayı 5-ə çatıb.