Rusiyalı biznesmen axtarışa verildi

rusiyali-biznesmen-axtarisa-verildi
Oxunma sayı: 1721

Rusiyalı biznesmen, “Mossiqtiqrupp”un sahibi Pavel Fuks dələduzluq işinə görə axtarışa verilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” Moskvanın Taqan rayon məhkəməsinə istinadən xəbər verib.

“O, axtarışa verilib. Məhkəmə iclası oktyabrın 11-i saat 10:00-a (Moskva vaxtı ilə -red.) təyin olunub”, - məhkəmə nümayəndəsi deyib.

Qeyd edək ki, P.Fuks 2017-ci ildə Ukraynanın “Fokus” jurnalının reytinqinə əsasən Ukraynanın ən varlı 100 insanı siyahısında 270 milyon dollarlıq var-dövləti ilə 24-cü yeri tutmuşdu.