Rusiya regionu hökuməti cümə günü, 10 iyuldan etibarən Yakutiyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan ediləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda respublika başçısı Aysen Nikolayev açıqlama verib.
O qeyd edib ki, regionda hökm sürən isti hava şəraiti meşə yanğınları vəziyyətini daha da ağırlaşdırır.
Onun sözlərinə görə, Yakutiyanın mərkəzində temperatur 35-36 dərəcəyə çatır.
“Eyni zamanda, gözlənilən temperatur enişi güclü külək və ildırımla müşayiət oluna bilər ki, bu da yeni yanğınların başlaması və mövcud yanğınların yayılması üçün əlavə risklər yarada bilər”, - Nikolayev xəbərdarlıq edib.
Son xəbərlər
Son Xəbərlər