Rusiyanın cənubunda 1000-ə yaxın insan təxliyə edildi

rusiyanin-cenubunda-1000-e-yaxin-insan-texliye-edildi
Oxunma sayı: 1029

Rusiyanın cənubunda qeyri-sabit hava şəraiti ilə əlaqədar 955 nəfər təxliyə edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Onlardan 179 nəfərin uşaq olduğu bildirilir. 

Məlumata görə, ölkənin cənubunda 320-dən çox evi su basıb. Hazırda əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir. Sözügedən işlərə 3500-dən çox canlı qüvvə və 1200 texnika cəlb edilib.