Rusiyanın “əfsanəvi hərbçi”si Ukraynada öldürüldü

rusiyanin-efsanevi-herbcisi-ukraynada-olduruldu
Oxunma sayı: 4539

Rusiya muzdlu “Vaqner” dəstəsinin üzvü Vladimir Andanov Ukraynada zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Unian” yayıb. 

Məlumata görə, Andanov Rusiyada “əfsanəvi hərbçi” hesab olunub. 

Bildirilir ki, o, hələ 2014-cü ildən tanınmağa başlayıb. Belə ki, Andanov könüllü qismində Donbasa yollanıb və Debaltsovo uğrundan gedən döyüşlərdə iştirak edib. 

Rusiya mediası hərbçinin Xarkov yaxınlığında öldürüldüyünü qeyd edib.