Rusiyanın göndərdiyi yardımın Xankəndiyə keçidi gecikir - Video

rusiyanin-gonderdiyi-yardimin-xankendiye-kecidi-gecikir
Oxunma sayı: 5771

Rusiyanın Qarabağda yaşayan erməni əhali üçün göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi gecikir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AzTV məlumat yayıb.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.