Saakaşvili xalqı mitinqə çağırdı

saakasvili-xalqi-mitinqe-cagirdi
Oxunma sayı: 8520

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili prezident seçkilərinin nəticələrini qəbul etməyərək xalqı kütləvi etiraz aksiyasına çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili “Rustavi-2” kanalına müsahibəsində bunları deyib:

“Biz bu seçkiləri qəbul etmirik. Mən sabahdan etibarən Gürcüstanın bütün vətəndaşlarını hakimiyyətə kütləvi itaətsizliyə çağırıram. Gürcü polisini isə xalqın tərəfində durmağa səsləyirəm”.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə görə, Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda liderdir.