Saakaşvili yenidən məhkəməyə çıxarılır

saakasvili-yeniden-mehkemeye-cixarilir
Oxunma sayı: 1382

Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo” “Interpressnews”a istinadən xəbər verir ki, proses 7 noyabr hadisələri ilə bağlı gürcü siyasətçiyə qarşı irəli sürülən ittihamlar barəsində olacaq.

Məhkəmə yerli vaxtla 14:00-a təyin olunub və Saakaşvili də prosesdə iştirak edəcək.

Bununla yanaşı, siyasətçinin tərəfdarları məhkəmə binasının önündə aksiya keçirəcəklərini elan ediblər.

Qeyd edək ki, Mixail Saakaşvilini 2007-ci il noyabrın 7-də etiraz aksiyasının kütləvi şəkildə dağıdılmasında, “İmedi” televiziya şirkətinə hücum etməkdə və Badri Patarkaçişviliyə məxsus əmlakın qeyri-qanuni  yolla mənimsənilməsində ittiham olunur.