Sabah Bakıya sulu qar yağacaq - Xəbərdarlıq

sabah-bakiya-sulu-qar-yagacaq
Oxunma sayı: 1618

Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə “Qafqazinfo”ya  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.