Sabah bu rayonlarda qaz olmayacaq

sabah-bu-rayonlarda-qaz-olmayacaq
Oxunma sayı: 5047

Göygöl rayonunun Yeni Qızılca kəndində fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Şəmkir rayonu ərazisində daşıyıcı yeraltı qaz xəttində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğvi, Sabirabad rayonunun kəndlərini təbii qazla təmin edən "Qaraqaşlı-Narlıq" yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədi ilə 15.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Qafqazinfo”ya “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.