“Sabah” “Kəpəz”ə məğlub oldu - Video

sabah-kepeze-meglub-oldu
Oxunma sayı: 1434

Azərbaycan Premyer Liqasının XXIX turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk görüşündə “Sabah” evdə “Kəpəz”lə qarşılaşıb.

Matç Gəncə təmsilçisinin səfər qələbəsiylə yekunlaşıb. Yeganə qolu 41-ci dəqiqədə Valdemar Almeyda vurub.

Vasili Berezutski “Sabah”a baş məşqçi təyin olunandan sonra 15 oyuna çıxıb, 3 qələbə qazanıb.

Qeyd edək ki, “bayquşlar” 36 xalla turnir cədvəlində beşincidir. 27 xalı olan qərb təmsilçisi isə doqquzuncu pillədə yer alıb.