SABAH tələbələri Lənkəranda “Əli və Nino”nu oynadı - Fotolar

sabah-telebeleri-lenkeranda-eli-ve-ninonu-oynadi
Oxunma sayı: 1834

İyulun 12-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə SABAH İncəsənət Festivalı çərçivəsində Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları “Aktyor ixtisası” IV kurs tələbələrinin təqdimatında  Qurban Səidin “Əli və Nino” tamaşası nümayiş olunub.

Bu barədə “Qafqazinfo”ya SABAH-dan məlumat verilib.

Qeyd olunub ki, SABAH tələbələrinin əldə etdikləri bacarıqları nümayiş etdirmək məqsədilə təşkil olunan tamaşanı Lənkəran şəhər ictimaiyyəti, tələbələr və məktəblilər izləyib.